Azedu.az

Dilçilik İnstitutu dil normalarının pozulmasına görə plan hazırlamağa başlayıb

Müəllimlər və elm adamları

Elmi institut və təşkilatlar

17 Dekabr 2018, 15:43
Dilçilik İnstitutu dil normalarının pozulmasına görə plan hazırlamağa başlayıb

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə cəzaların icrası üçün tədbirlər planı hazırlanır".

AzEdu.az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu"Azərbaycanın media məkanında ədəbi dilin qrammatikasına dəstək" lahiyəsi çərçivəsində keçirilən "Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, bununla bağlı Dilçilik İnstitutuna bu gün məktub daxil olub.

Direktor qeyd edib ki, bir çox ölkələrdə ədəbi dil normalarının pozulmasına görə inzibati cəza tədbirlərinin tətbiq edilməsi təcrübəsi var. 

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox