Azedu.az

Xaricdə təhsillə bağlı müraciətlərdə ilk beş ölkə açıqlanıb

Xəbərlər

Xaricdə təhsil

25 İyun 2025, 11:39
Xaricdə təhsillə bağlı müraciətlərdə ilk beş ölkə açıqlanıb

2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na qəbul çərçivəsində builki müraciətlərdə ilk beşlikdə yer alan ölkələr sırasında Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Avstraliya və İtaliya qərarlaşır.

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. O bildirib ki, ən çox üstünlük verilən ixtisas istiqamətləri informasiya texnologiyaları, dövlət idarəçiliyi, mühəndislik, statistika və verilənlərin təhlili, eləcə də təhsil sahələridir.

Azərbaycana narkotik gətirən əsas adam tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox