Azedu.az

Bu ölkənin ali təhsil sistemində struktur islahatı başlanır

Xəbərlər

Xaricdə təhsil

13 Dekabr 2025, 11:33
Bu ölkənin ali təhsil sistemində struktur islahatı başlanır

Hindistan hökuməti ali təhsil sistemində köklü struktur dəyişikliyinə start verib. Qəbul edilən yeni qanuna əsasən, ali təhsili tənzimləyən mövcud qurumlar  Universitet Qrantları Komissiyası (UGC), Texniki Təhsil üzrə Ümumhindistan Şurası (AICTE) və Müəllim Təhsili üzrə Milli Şura (NCTE) ləğv ediləcək.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, onların əvəzinə ali təhsil sahəsinə nəzarəti həyata keçirəcək vahid tənzimləyici qurum yaradılacaq. Hökumət bu islahatın ali təhsildə idarəetməni daha səmərəli, çevik və şəffaf etmək məqsədi daşıdığını bildirir.

Rəsmi açıqlamalara görə, yeni model ali təhsil müəssisələrinin fəaliyyətində bürokratik maneələri azaltmalı, keyfiyyətə nəzarəti gücləndirməli və qərar qəbuletmə proseslərini sadələşdirməlidir. Bu dəyişiklik Hindistanda ali təhsil sisteminin modernləşdirilməsi istiqamətində atılan ən böyük addımlardan biri kimi qiymətləndirilir.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox