Azedu.az

Qarabağ regionu üzrə ən yaxşı məktəblərin SİYAHISI

Orta təhsil

Region təhsili

Qarabağ

17 İyun 2025, 10:04
Qarabağ regionu üzrə ən yaxşı məktəblərin SİYAHISI

Qarabağ regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.

 

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Ağcabədi rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 1311 şagird bitirib və onların 1286 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 86 nəfəri 500-dən, o cümlədən 25 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Bu il rayonun ən yaxşı məktəbləri sırasında 3 saylı şəhər məktəb-liseyi, 11 saylı şəhər və Ş.Məhərrəmov adına Qaravəlli kənd orta məktəblərini qeyd etmək olar. 

 

Ağdam rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 1716 şagird bitirib və onların 1698 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayonun məzunlarının 112 nəfəri 500-dən, o cümlədən 25 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Bu il rayonun ən yaxşı məktəbləri sırasında 3 saylı tam orta məktəbi və Qasımbəyli qəsəbə tam orta məktəbini qeyd etmək olar.

 

Bərdə rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 1473 şagird bitirib və onların 1466 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 117 nəfəri 500-dən, o cümlədən 36 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Bu il rayonun ən yaxşı məktəbləri sırasında Ə.Qasımov adına Qayalı kənd tam orta məktəbini qeyd etmək olar.

 

Füzuli rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 1057 şagird bitirib və onların 1050 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 85 nəfəri 500-dən, o cümlədən 24 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Respublika üzrə ən yaxşı məktəblər sırasına bu il rayonun 3, 8, 30, 45 və 54 saylı tam orta məktəbləri daxil olub.

 

Xocalı rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 131 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 8 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Bu il şəhərin ən yaxşı məktəbləri sırasında heç bir məktəb adı qeyd edilməyib.

 

Xocavənd rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 127 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 14 nəfəri 500-dən, o cümlədən 3nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il rayonun Xocavənd şəhər 2 saylı tam orta məktəbi daxil olub.

 

Şuşa rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 252 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 19 nəfəri 500-dən, o cümlədən 2 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il rayonun 4 saylı tam orta məktəbini qeyd etmək olar.

 

Tərtər rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 761 şagird bitirib və onların 754 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 42 nəfəri 500-dən, o cümlədən 9 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasında bu il rayonun S.Paşayev adına Umudlu kənd tam orta məktəbini qeyd etmək olar.

TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı
Son xəbərlərDaha çox