Azedu.az

İş və istirahət günlərinin yerləri dəyişdirildi

AzEdu Təhsil Platforması

4 İyun 2025, 15:09
İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

AzEdu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Beləliklə, 21 iyun şənbə günü olsa da, iş günü, 26, 27, 28 və 29 iyun tarixləri isə qeyri-iş günüdür.

Qeyd edək ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox