Azedu.az

Kosmik hava durumu və proqnozu açıqlanıb

AzEdu Təhsil Platforması

3 İyun 2025, 11:24
Kosmik hava durumu və proqnozu açıqlanıb

Hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 7-yə bərabərdir, bu isə G3 səviyyəli (güclü) geomaqnit qasırğası deməkdir.

AzEdu.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, geomaqnit sahəsinin aktivliyinin gün ərzində G3 (güclü qasırğa) səviyyəsinin tədricən zəifləcəyi gözlənilir. 5 iyunadək isə tac dəliyi axınlarınının geomaqnit sahəsi aktiv qalacaq və təsiri ilə G1 (zəif qasırğa) səviyyəli geomaqnit qasırğası olması ehtimalı var. 

Hazırda Günəş küləyinin sürəti 656 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6.44 nT, radial istiqamətdə isə -0.11 nT təşkil edir.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox