Azedu.az

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

1 İyun 2025, 20:02
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Qazax, Tovuz, Samux, Ağstafa, Salyan, İmişli, Sabirabad, Yevlax, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Ucar, Saatlı, Şamaxı, Xaçmaz, Şabran, Siyəzən, Altıağac, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Quba, Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Masallı, Lənkəran, Astara, Naxçıvan MR-da şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

 

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Xızı, Qobustan və Hacıqabulda da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox