Azedu.az

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi YEKUNLAŞDI

AzEdu Təhsil Platforması

1 İyun 2025, 12:47
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi YEKUNLAŞDI

Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçilığı ilə 13 yaşadək stolüstü tennisçilərin ölkə birinciliyinə yekun vurulub.

AzEdu.az xəbər verir ki, gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən Sofiya Trofimenko və Vaqif Babayev şəxsi yarışlarda birinci olublar.

Qoşa mübarizədə Yasəmən Həbibova-Mehin Mirzəbalayeva və Vaqif Babayev-Zərbah Muradov tandemi baş mükafata layiq görülüb.

Qarışıq-qoşa yarışlardan isə Həzrət Kamilov ilə Xədicə Babazadə qalib ayrılıb.

Qeyd edək ki, budəfəki ölkə birinciliyinə müxtəlif şəhər və rayonların 100-ədək idmançısı qatılıb.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox