Azedu.az

Bağçalarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib

AzEdu Təhsil Platforması

30 May 2025, 18:35
Bağçalarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə ətraflı məlumat verilib, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan, onların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün həyata keçirilən tədbirlərdən danışılıb. Bildirilib ki, Azərbaycanda uşaqların xoşbəxt böyümələri, sosial problemlərinin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından bütün addımlar atılır.

Tədbirlərdə uşaqlar Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox