Azedu.az

Qəbul imtahanlarının sualları çətin olub? - DİM sədri CAVAB VERDİ

AzEdu Təhsil Platforması

30 May 2025, 17:07
Qəbul imtahanlarının sualları çətin olub? - DİM sədri CAVAB VERDİ

Bakalavr səviyyəsi üzrə II -III qrup imtahanlarının suallarının çətin olduğunu deyənlər məsələyə düzgün yanaşmır.

AzEdu.az  APA-ya istinadən  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

“İmtahanın modeli dekabr ayında elan olunub. Model testlər ictimaiyyətə açıqlanıb. Fevralın sonunda həmin model əsasında sınaq imtahanı da keçirdik. Heç bir problem yaranmadı. İndi çətinlik haqda danışanlar məsələyə düzgün yanaşmır. Hələ nəticələr açıqlanmayıb. I-IV ixtisas qrupları üzrə imtahan II-III qrup imtahanları ilə eyni səviyyədə olacaq”, - o bildirib.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox