Azedu.az

Bakıda 9 yaşlı məktəblini maşın vurub

AzEdu Təhsil Platforması

29 May 2025, 20:56
Bakıda 9 yaşlı məktəblini maşın vurub

Bakıda azyaşlını maşın vurub.

AzEdu.az xəbər verir ki, hadisənin Parlament prospektində, 20 saylı məktəbin qarşısında baş verdiyi bildirilir.

TƏBİB-dən APA-a verilən məlumata görə, mayın 29-da aat 18:50 radələrində Səbail rayonu, Parlament prospekti ərazisindən təcili tibbi yardım xidmətinə piyadavurma hadisəsi ilə bağlı çağırış daxil olub.

Çağırış əsasında ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 9 yaşlı (kişi cinslli) şəxsə yerində zəruri tibbi xidmət göstərilib və qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox