Azedu.az

ABŞ-də atışma olub, üç yeniyetmə yaralanıb

AzEdu Təhsil Platforması

27 May 2025, 10:32
ABŞ-də atışma olub, üç yeniyetmə yaralanıb

Filadelfiyada atışma nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hadisə ötən gün yerli vaxtla saat 22:30 radələrində Fairmont Mərkəzi Parkında baş verib.

Polisin məlumatına görə, atışma nəticəsində bir kişi və bir qadın həlak olub, yaralananlar arasında 15-17 yaşlı üç yeniyetmə də var. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Parkda atışma müxtəlif münaqişələrdə həlak olmuş amerikalı hərbçilərin xatirəsini anma günündə baş verib.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox