Azedu.az

FHN məktəblərdə mülki müdafiə tədbirləri keçirib - VİDEO

AzEdu Təhsil Platforması

23 May 2025, 10:06
FHN məktəblərdə mülki müdafiə tədbirləri keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının ümumtəhsil müəssisələrində silsilə mülki müdafiə tədbirləri keçirilib.

AzEdu.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Ümumtəhsil müəssisələrində mülki müdafiə tədbirləri

Təhsil müəssisələrinin kollektivinin iştirakı ilə silsilə tədbirlərin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması olub.

Tədbirlər zamanı mülki müdafiə və fövqəladə hallarla bağlı təhlükəsiz davranış qaydaları barədə müvafiq biliklərin verilməsi məqsədilə “açıq dərslər” keçirilib, həmçinin baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, yaranmış ekstremal vəziyyətin aradan qaldırılması əməliyyatı simulyasiya edilib.

Uğurla keçən tədbirlərdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb.

 

 

 

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox