Azedu.az

Siyəzəndə avtomobil aşdı: iki azyaşlı və ailəsi  xəsarət alıb

AzEdu Təhsil Platforması

22 May 2025, 23:38
Siyəzəndə avtomobil aşdı: iki azyaşlı və ailəsi  xəsarət alıb

Bakı-Quba magistral yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, Siyəzən rayon sakini, 39 yaşlı Samir Əkbərovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili yolun ortasındakı dəmir arakəsmələrə çırpılıb və aşıb.

Qəza nəticəsində sürücü və onun ailə üzvləri - 35 yaşlı həyat yoldaşı Rəvanə Əkbərova, 16 yaşlı qızı və 10 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı DYP tərəfindən araşdırma aparılır.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox