Azedu.az

İmtahanda az bal toplayan yeniyetmə intihara cəhd etdi

AzEdu Təhsil Platforması

Təhsil Nazirliyi

19 Aprel 2025, 18:50
İmtahanda az bal toplayan yeniyetmə intihara cəhd etdi

Ağstafada 17 yaşlı yeniyetmə qız sirkə turşusundan zəhərlənib.

AzEdu.az  "Unikal"a istinadla verdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən parkların birində baş verib.

Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü S.Hacıyeva huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 2008-ci il təvəllüdlü S.Hacıyeva buraxılış imtahanında az bal topladığına görə sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox