Azedu.az

Baba və 17 yaşlı nəvəsi qəzaya düşdü

AzEdu Təhsil Platforması

20 Yanvar 2025, 20:48
Baba və 17 yaşlı nəvəsi qəzaya düşdü

Yevlaxda idarəetmədən çıxan VAZ-2110 markalı maşın yol kənarındakı kanala düşüb.

AzEdu.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb.

Qəza nəticəsində avtomobilin sürücüsü 1959-cu il təvəllüdlü Qüdrət Məmi oğlu Əhmədov baş nahiyəsindən və döş qəfəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Onun nəvəsi 17 yaşlı oğlan isə xəsarət almayıb.

Qeyd edək ki, hər iki şəxs Ağdaşdan yas mərasimindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Putinin QORXULU PROQNOZU: Avropanın 3 ölkəsi Ukraynanı İŞĞAL EDƏCƏK
Son xəbərlərDaha çox