Azedu.az

Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu

AzEdu Təhsil Platforması

26 Dekabr 2024, 12:25
Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu

Azərbaycan ərazisində Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AzEdu.az xəbər verir ki, Bakı vaxtilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, qatarlar fit veriblər.

Bakıda, digər şəhər və rayonlarda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox