Azedu.az

19 yaşlı qadın dəm qazından boğularaq ölüb

AzEdu Təhsil Platforması

17 Dekabr 2024, 19:43
19 yaşlı qadın dəm qazından boğularaq ölüb

Salyan sakini dəm qazından boğularaq ölüb.

AzEdu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Bəşirova Aynur Müşfiq qızı hamamda olarkən dəm qazından boğulub.

O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox