Azedu.az

Şəkidə azyaşlı dəm qazından zəhərləndi

AzEdu Təhsil Platforması

16 Dekabr 2024, 10:38
Şəkidə azyaşlı dəm qazından zəhərləndi

Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, dekabrın 15-dən 16-na keçən gecə Şəki şəhəri sakinləri - 1979-cu il təvəllüdlü Rasimə Rasim qızı Abdullayeva, 1995-ci il təvəllüdlü Murad Əmiraslan oğlu Abdullayev və 2022-ci il təvəllüdlü Fatimə Murad qızı Abdullayeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub.

Onların dəm qazından zahərləndiyi məlum olub.

Hər üç şəxs tibbi yardımdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox