Azedu.az

15 yaşı tamam olanların ilkin hərbi qeydiyyata alınma müddəti dəyişir

AzEdu Təhsil Platforması

13 Dekabr 2024, 15:15
15 yaşı tamam olanların ilkin hərbi qeydiyyata alınma müddəti dəyişir

15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları üçün yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınma müddəti dəyişir.

AzEdu.az xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Hazırkı qanuna əsasən, həmin şəxslər yanvar-mart ayları ərzində qeydiyyata alınır.

Dəyişikliyə əsasən isə qeydiyyat yanvar-may aylarında aparılacaq.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox