Azedu.az

Şahmat üzrə dünyanın ən gənc çempionu oldu

AzEdu Təhsil Platforması

13 Dekabr 2024, 09:32
Şahmat üzrə dünyanın ən gənc çempionu oldu

Hindistanlı qrossmeyster Qukeş Dommaraju dünya şahmat tacı uğrunda görüşün 14-cü oyununda çinli Dinq Lirenə qalib gələrək şahmat üzrə yeni dünya çempionu olub.

AzEdu.az xəbər verir ki, matçın final oyunu cümə axşamı Sinqapurda baş tutub. Görüşdə hindistanlı ümumi 7,6:6,5 hesabı ilə qalib gəlib.

Qukeş Vişvanatan Ananddan sonra tarixdə şahmat üzrə ikinci hindistanlı dünya çempionu oldu. Bundan əlavə, Qukeş tarixin ən gənc şahmat kralı olub.

Dünya şahmat tacı uğrunda matçın mükafat fondu 2,5 milyon dollardır.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox