Azedu.az

Lənkəranda üç uşaq anası intihar etdi

AzEdu Təhsil Platforması

11 Dekabr 2024, 14:49
Lənkəranda üç uşaq anası intihar etdi

Lənkəranda 1974-cü il təvəllüdlü Səidə Əbdül qızı Səfərova intihar edib.  

AzEdu.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki,  hadisə ötən gün rayonun Bürcəli kəndində qeydə alınıb. 

Belə ki,  kənd sakini S. Səfərova yaşadığı evin həyətində meyvə ağacında özünü asaraq intihar edib.

Qeyd edək ki,  3 uşaq anası olan qadın zob xəstəliyindən əziyyət çəkirmiş. Həmçinin ötən il bacısının vəfatından sonra sarsıtı keçirdiyi bildirilir. Bu haqda üzərindən çıxan məktubda qeydlər tapılıb. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox