Azedu.az

Təklif: Məktəblərdə istiliyin verilmə vaxtı dəyişdirilsin 

AzEdu Təhsil Platforması

19 Noyabr 2024, 14:37
Təklif: Məktəblərdə istiliyin verilmə vaxtı dəyişdirilsin 

Təhsil müəssisələrinə istiliyin verilmə vaxtının dəyişdirilməsi təklif olunur.

AzEdu.az xəbər verir ki, bu təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsində çıxış edib.

149520O qeyd edib ki, bir sıra bölgələrdə soyuqların daha tez düşməsi nəticəsində orta məktəblərin, məktəbəqədər təhsil və digər uşaq müəssisələrinin soyuq olmasının uşaqlar arasında xəstəliyin artmasına, eyni zamanda qeyd edilən vəziyyətin şagirdlərin məktəblərdən yayınmasına səbəb olduğunu nəzərə alaraq, həmin uşaq müəssisələrində qış və yay mövsümünə keçidin 15 noyabr – 15 aprel tarixləri üzrə deyil, havanın temperaturuna uyğun tətbiq edilməsi və bu məqsədlə qış mövsümündə məktəblərin isidilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasına böyük ehtiyac var.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox