Azedu.az

Bakıda 22 yaşlı oğlan bıçaqlanıb, saxlanılan var - YENİLƏNİB

AzEdu Təhsil Platforması

15 Noyabr 2024, 10:15
Bakıda 22 yaşlı oğlan bıçaqlanıb, saxlanılan var - YENİLƏNİB

Sabunçu rayonunda 22 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

AzEdu.az APA -ya istinadən xəbər verir ki, noyabrın 15-də saat 01 radələrində paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində 2002-ci il təvəllüdlü Ş.İsmayılova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü E.Sadıqov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

***

07.11

Bakının Sabunçu rayonunda bıçalanma hadisəsi baş verib.

AzEdu.az APA -ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

2002-ci il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu tanımadığı şəxsin bıçaqlı hücumuna məruz aalıb.

O, qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Ş.İsmayılov cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox