Azedu.az

Yeniyetmələr Avropa birinciliyində 5 medal qazandılar

AzEdu Təhsil Platforması

11 Noyabr 2024, 17:27
Yeniyetmələr Avropa birinciliyində 5 medal qazandılar

Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyini 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.

AzEdu.az xəbər verir ki, yığma üzvlərindən Esmanur Azayeva (36 kq) və Dərya Hüseynova (24 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Şahin Abdullayevlə (48 kq) Aliyə Məmmədli (+57 kq) gümüş, Yusif Zeynallı (52 kq) isə bürünc medal əldə edib.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox