Azedu.az

Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib

AzEdu Təhsil Platforması

26 Oktyabr 2024, 08:42
Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib

Lerik rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

AzEdu.az  xəbər verir ki, "Regional İnkişaf" İctimai Birliyi (RİİB) könüllülərinin qatıldığı aksiyada 500-dən çox çinar ağacı əkilib.

Monidigah kəndindəki ağacəkmə aksiyası "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə olub.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox