Azedu.az

Mingəçevirdə uşaq bağçasında yanğın olub

AzEdu Təhsil Platforması

21 Oktyabr 2024, 10:27
Mingəçevirdə uşaq bağçasında yanğın olub

Mingəçevir şəhərində yanğın olub.

AzEdu.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli uşaq bağçasının (hazırda fəaliyyət göstərmir) dəhlizinin yanar konstruksiyaları 80 m² sahədə, dam örtüyü və tavanı 50 m² sahədə yanıb. Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə zamanı zərərçəkən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox