Azedu.az

Məscidə gedərkən itkin düşən gəncin meyiti tapıldı

Xəbərlər

8 Oktyabr 2024, 09:20
Məscidə gedərkən itkin düşən gəncin meyiti tapıldı

Samur-Abşeron kanalının Xızı rayonundan keçən hissəsində kişi meyiti tapılıb.

AzEdu.az xəbər verir ki, meyitin ötən ay itkin düşən Siyəzən şəhər sakini Mahmud Kamal oğlu Məlikova aid olduğu müəyyən edilib.

Xatırladaq ki, 23 yaşlı Mahmud Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb. Ailəsi həmin vaxtdan sonra ondan xəbər ala bilməyib.

SON DƏQİQƏ! Çeçen ordusu İran'a mı girecek? - Şok açıqlama
Son xəbərlərDaha çox