
Dünyaca məşhur ingilis fiziki Stiven Hokinq bir neçə gün bundan öncə 76 yaşında dünyasını dəyişdi.
Qeyd edək ki, o Hokinq nəzəriyyəsi ilə məşhur olub. Bu nəzəriyyəyə görə, kainat genişlənməkdə davam edir. S.Hokinq tarixən mövcud olan “Böyük partlayış” nəzəriyyəsini daha da inkişaf etdirib.
Onun fikrinə görə dəliklər əbədi deyil və onlar “buxarlanma” qabiliyyətinə malikdir. Özündən əvvəlki bir çox kosmoloqlar kimi o da iddia edir ki, digər qalaktikalar bizdən uzaqlaşır və kainat genişlənir.
Fiziki əngəlli alimin elmi ideyalar haqqında az qala, əfsanələşən fikirlər də səslənir. Düşüncələrini xüsusi texnoloji cihaz vasitəsilə çatdıran Hokinq kainat sirləri ilə bağlı bir çox məsələlərlə dərindən maraqlanırdı.
Lakin Hokinqin bir istəyi baş tutmadı. O, kosmosa getməyi çox arzulayırdı.
AzEDU.az xəbər verir ki, ingilislərin “Virginiya Galaxy Group” şirkəti onun bu arzusunu yerinə yetirmək üçüən əməli fəaliyyətə başlamışdı. Şirkət dahi alimi ulduzlara,açıq kosmosa qaldırmağı planlayıb,bu istiqamətdə xeyli işlər görmüşdü.
Xatırladaq ki, şirkətin sahibi müəssisəni 2015-ci ildə qurduqları zaman ən böyük arzularından birinin Stefan Hokinqi ulduzalara qədər aparmaq olduğunu bildirib. Şirkətin sahibi Riçard Bronson kosmosun, fəzanın sirlərini insanlar üçün açdığına görə alimə heyran olduğunu da gizlətməmişdi.
Qeyd edək ki, əgər bu səfər baş tutsa, S. Hokinq hərəkət qabiliyyəti olmaya-olmaya kosmosa gedən ilk insan olacaqdı.
Elmin Nuri
kitabı







