Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-09 10:14:00
Uşaqlara oxuma və yazma öyrətməyin yolları- əyləncəli üsullar

Analar və atalar, uşaqlarına oyun qadağası qoymaq yerinə, oyun vasitəsilə onların inkişafına kömək edə bilərlər. Oyunlarla ona oxuma və yazma öyrədə bilərsiniz.

Bunu necə edə bilərsiniz?

AzEdu.az yazını təqdim edir:

Oxumaq və yazmaq təhsili, uşaqlarda ilk olaraq hərflərlə başlayır. Bu səbəbdən əvvəlcə edəcəyiniz şey bir hərf seçmək olacaqdır. Əlifba sırasına görə hərf öyrətmək işinizi asanlaşdırar. Hansı hərfi öyrədim deyə tərəddüd yaşamarsınız.

Seçdiyiniz hərfi jurnal və ya qəzetlərdən taparaq, kəsmə-yapışdırma yarışması edə bilərsiniz.

Kartlar hazırlayıb öyrənilən heca və hərfləri birləşdirə bilərsiniz.

Uşağın kürəyinə barmağınızla basaraq bir hərf çəkə, uşağın bu hərfi tapmasını istəyə bilərsiniz.

Öyrətdiyiniz hərflərin olduğu kəlimələrlə mahnı yazmasını, ya da tapmasını istəyə bilərsiniz.

Rəngli kağızlarla öyrəndiyi hərfləri yazın və qarışdırın. Daha sonra kağızlardan bir neçəsini seçib, sözlər düzəltməsini istəyin. (bagcam.az)