Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-24 13:12:00
Bağçalara qəbul üçün 24 mindən çox vətəndaş növbəyə yazılıb

Regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün növbəyə yazılma prosesi davam edir.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, bu günə qədər 24 min 543 nəfər növbəyə yazılıb.

 

Qeyd edilən boş yerlər üzrə növbələr 5 gün ərzində sorğuya çevriləcək.

 

Valideynlər keçid vasitəsilə bağçalarda müvafiq qrup və boş yerlərin sayı ilə tanış ola bilərlər.

 

Qeyd edək ki, Bakı şəhəri üzrə bağça seçimi iyulun 26-da 4-5, 5-6 və 3-6 yaş qrupu üçün saat 11-də, 1-2, 2-3, 3-4 və 1-3 yaş qrupu üçün isə saat 3-də başlanacaq.