Azedu.az

\"Valideyn övladının istəyini nəzərə almadan ixtisas seçimi edir\"

19 İyul 2024, 10:46
\

İstər imtahan, istərsə də ixtisas seçimi çətin və məsuliyyətli prosesdir. Bu baxımdan abituriyentlərdə hər zaman həyəcan hiss olunur. Lakin belə gərgin dönəmdə bəzi abituriyentlər ixtisas seçimi zamanı valideyn təzyiqinə məruz qalırlar.

 

Bəs, görəsən, valideynlərin təzyiqi abituriyentlərin gələcək hədəflərinə necə təsir edir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə bu təsir çox da dəyişməyib:

 

“Düzdür, əvvəllər bu hal daha geniş vüsət almışdı. Valideynlər peşə təhsilinə heç də müsbət baxmırdılar. Hər bir valideynin arzusu odur ki, övladı ali təhsilli olsun. Bu zaman isə uşağının bacarığını, qabiliyyətini deyil, imtahandan topladığı balı nəzərə alırlar. Məsələn uşağın hansısa peşə sahəsində qabiliyyəti yüksək səviyyədə olsa da, valideyni peşə məktəbində deyil, universitetdə təhsil alması üçün təzyiq göstərir. Bu kimi faktlar çoxdur. Lakin hazırda statistikanın keçmişə nəzərən azaldığını müşahidə edirik. Çünki getdikcə peşə təhsili müəssisələrinə tələbat artır”.

 

Ekspert valideynlərin övladının istəyini nəzərə almadan ixtisas seçimi etməsindən söz açıb:

 

“Müsabiqə zamanı ən çox qarşılaşdığım məqamlardan biri də valideynlərin övladlarının istəyini nəzərə almadan, ixtisas seçimi etməsidir. Məsələn bir valideyn deyir ki, müəllimlik ixtisasını mütləq yazın. Bu zaman mən abituriyentə müraciət edib, öz fikrini soruşuram. Dəfələrlə “Xeyr, bu sahəyə heç marağım yoxdur”, - kimi cavablar almışam. Bəzən 2-ci ali təhsil almaq istəyənlərin çoxu, elə valideyn təzyiqi ilə ixtisas seçənlər olur”,- deyə ekspert fikrini tamamlayıb. 

 
SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox