Azedu.az

Tələbələr şahmat oyunlarında 17 komanda arasında birinci olublar

13 İyul 2024, 15:10
Tələbələr şahmat oyunlarında 17 komanda arasında birinci olublar

 

Macarıstanın Miskolk şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunlarında şahmat yarışlarına start verilib.


Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, İdman Akademiyasını təmsil edən Vüqar Manafovla Elmar Atakişiyevdən ibarət komanda rapid yarışlarında qələbə qazanıb. 9 turdan sonra 15 xal toplayan iti zəka sahibləri 17 komanda arasında birinci yeri tutub.

 

Bu gün blits üzrə yarışlar təşkil olunacaq.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox