Azedu.az

“Tarixdə bu gün” - 10 iyul...      

10 İyul 2024, 09:09
“Tarixdə bu gün” - 10 iyul...      

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

10 iyul  tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

10 iyul 1835-ci ildə Azərbaycanın görkəmli maarifçi şairi Seyid Əzim Şirvani dünyaya gəlib:

 

O, İlk şeirlərini 20 yaşında (1855) yazıb. Bağdada və Misirə səfər edib, dövrün tanınmış alim və şairləri ilə görüşüb. Seyid Əzim Şirvaninin qəzəlləri, lirik və satirik şeirləri 19-cu əsrAzərbaycan poeziyasının incilərindəndir.

 

S.Ə.Şirvani 1869-cu ildə Şamaxıda yeni tədris prinsiplərinə əsaslanan məktəb açıb. Mirzə Ələkbər Sabir və Sultan Məcid Qənizadə də ibtidai təhsillərini həmin məktəbdə alıblar. (1835-1888)

 

10 iyul 1884-cü ildə Hərbi xadim, Azərbaycan Demokratik Cümhuriyyəti ordusunun general-mayoru Əbdülhəmid Qaytabaşı anadan olub:

 

1918-ci ildə müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə qərargahın tərkibindəki növbətçi general vəzifəsinə təyin olunan, 1919-cu ildə Müvəqqəti Ümumi Qərargahın rəisi vəzifəsini icra edən Ə.Qaytabaşı Aprel işğalından sonra bolşeviklər tərəfindən güllələnib. (1884-1920)

 

10 iyul 1913-cü ildə  Kaliforniyadakı "Ölüm vadisi"ndə  temperatur 56.7 °C olaraq ölçüldü. Bu ABŞ-da ölçülmüş ən yüksək temperatur dərəcəsi oldu.

 

 

10 iyul  1962-ci ildə Amerika Birləşmiş Ştatları qitələrarası rabitəni təmin edəcək "Telstar" peykini kosmosa göndərdi.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox