Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-14 08:00:00
11-ci siniflər üçün “Son zəng”çalınacaq

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.

 

Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi, 137 862 şagird birinci sinfi bitirir.

 

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin XI siniflərini 28 min 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir. Paytaxtda 42 min 70 nəfər I sinfi başa vurur.

 

“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunur. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi ilə əlaqədar valideynlərə sürücülük hüququ olmayan övladlarına avtomobil verməmələri ilə bağlı çağırış edib.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK