Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-13 11:54:16
Azərbaycan Texniki Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı - FOTO 

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Bu gün AzEdu.az və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 

Tədbirdə AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova, Metallurgiya ve materialsunasliq fakültəsinin dekan müavini Taleh Tağıyev, Sabah mərkəzinin rəhbəri Aytən Sadıqova, Maşınqayırma və robototexnika fakültəsinin dekan müavini Şəbiyev Elgün, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Lalə Piriyeva, Nəqliyyat və logistika fakültəsi akademik məsləhətçi İltifat Məmmədli, İnformasiya və telekommunikasiya texnologiyaları fakültə dekan müavini Aytən Mövsümova, Xüsusi Texnika və Texnologiya fakültəsinin dekan müavini Esmira Astanova, MBA proqramı ixtisas rəhbəri Milana Orucova, Energetika və Avtomatika fakültəsinin dekan müavini Ədhəm Baharov və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

 

Mükafatlandırma mərasimi Tünzalə Abbasovanın nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. O, qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var.

Daha sonra dekan müavinləri tələbələri təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb.

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

 
Azərbaycan Texniki Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Rəvan Əlizadə - İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi;

 

Selcan Kərimli - İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi;

 

İsa Səttərov - Nəqliyyat və logistika fakültəsinin tələbəsi;

 

Emin Əliyev - Energetika və Avtomatika fakültəsinin tələbəsi;

 

Azad Musayev - Xüsusi texnika və texnologiya fakültəsinin tələbəsi;

 

Şükran Xudaverdiyev - Maşınqayırma və robototexnika fakültəsinin tələbəsi;

 

Emil Gebekbeyov - İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;

 

Miralim Əkbərov - Metallurgiya və materialşünaslıq fakültəsinin tələbəsi;

 

Ehtiram Şükürov - SABAH qruplarının tələbəsi;

 

Rüfət Şixiyev- SABAH qruplarının tələbəsi;

 

Afət Dadaşova - Magistratura tələbəsi;