Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-03 08:56:08
14 yaşlı uşağı yük maşını vurub

Astarada yol-nəqliyyat hadisəsi olub.

 

AzEdu.az xəbər verir ki, hadisə rayonun Züngüləş kəndində baş verib.

 

Belə ki, “QAZ-66” markalı yük maşını velosipedlə hərəkətdə olan rayonun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O. N-ni vurub.

 
 

Qəzada ağır xəsarət alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.