Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-31 16:00:00
GDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTOLAR

 

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

AzEdu.az və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə həmin universitetdə təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 

Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, AzEdu.az  Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az təhsil portalının Regional koordinatoru Leyla Camalzadə və tələbələr iştirak ediblər.

 

Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə tədbiri giriş sözü ilə açaraq  “Brend tələbə” statusuna layiq görülmüş gəncləri təbrik edib və  Azərbaycan gənclərinin ölkənin sosial-iqtisadi həyatındakı fəal rolundan danışıb.

 

Daha sonra Elşad Eyvazlı və Leyla Camalzadə çıxış edərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər,  uğur qazanmağın sirlərindən geniş söhbət açıblar. 

 

Çıxışlardan sonra GDU-nun “Brend tələbə”lərinə Təltifnamələr təqdim olunub.

 

Gəncə Dövlət Universitetində (GDU) "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Suliyev Xəlil Vüqar - Kimya-Biologiya fakültəsi,kimya ixtisası , III kurs tələbəsi;

 

Süleymanova Leyla Hidayət - Kimya-Biologiya,Kimya və biologiya müəllimliyi,III kurs tələbəsi;                                                                      

 

Quluyeva Xalidə Aqil - Tarix-Coğrafiya fakültəsi, Tarix və Coğrafiya müəllimliyi, IV kurs tələbəsi;

 

Rzayeva Günel Vahid - Kimya-Biologiya fakültəsi,Kimya və biologiya müəllimliyi, III kurs tələbəsi;

 

Abbasov Zamin Rizvan - Tarix-Coğrafiya fakültəsi, Tarix-Coğrafiya müəllimliyi, IV kurs tələbəsi;

 

Quliyeva Təhminə Elman - Fizika və texniki fənlər fakültəsi,Təsviri incəsənət müəllimliyi, IV kurs tələbəsi;

 

Mattiyev Rüfət Şavkatoviç - Xarici dillər fakültəsi, İngilis dili müəllimliyi ( rus bölməsi ), III kurs tələbəsi;

 

Məlikova Tahirə Vüqar - Pedaqoji fakültə,Təhsildə sosial-psixoloji xidmət, II kurs tələbəsi;

 

Məsimov Emin Rövşən - Xarici dillər fakültəsi, İngilis dili müəllimliyi, I kurs tələbəsi;

 

Nəbiyev Turxan Aslan - Magistratura, Beynəlxalq Turizm və ölkəşünaslıq, I kurs.