
2018-03-21 18:22:22
Stiven Hokinqin yayımlanmayan məqaləsi paralel kainatların sirrini aça bilər
76 yaşında həyatını itirən İngilis fizika professoru Stiven Hokinqin nəşr olunmamış bir araşdırma məqaləsinin miras qaldığı ortaya çıxıb.
Bəzi ekspertlərin fikrincə, Stiven Hokinqin bu məqaləsində bəhs edilən yeni nəzəriyyə digər kainatların varlığının sirrini işıqlandıra bilər. İngiltərədə nəşr olunan "Times" qəzetinin xəbərinə görə, Belçikadakı KU Leuven Universitetindən olan nəzəri fizika professoru Tomas Hertoq Stiven Hokinq ilə yazdığı bu məqalənin elmi jurnal tərəfindən qiymətləndirildiyini bildirir.
Bu məqalə Stiven Hokinqin 1983-cü ildəki Böyük Partlayış nəzəriyyəsində bəhs etdiyi paralel kainatlar nəzəriyyəsinin daha təkmilləşmiş halıdır. “Sonsuz inflyasiyadan yumşaq çıxış” adı verilən məqalədə çoxlu Böyük Partlayışların izini tapmaq üçün lazım olan kosmik kəşfiyyat vasitələrinin nələrə sahib olmasına dair riyaziyyatçılara yeni fikir verir.
Professor Tomas Hertoq Hokinq ilə birlikdə ortaq bir araşdırma etdiklərini və Hokinqlə işləməklə bağlı son razılığını almaq üçün ölümündən qısa zaman əvvəl görüşdüklərini deyib. Məşhur ingilis nəzəriyyəçi kosmik elmlər, qara dəliklər və kvant fizikası ilə bağlı işləri ilə tanınırdı. Hokinqə 22 yaşında tutduğu xəstəliyə görə yalnız iki il ömrünün qaldığını bildirsələr də o, 76 yaşına qədər elmi işlərini davam etdirdi və bir çox nəzəriyyə və kitablara imzasını atdı.
Hokinq kosmosla bağlı fikirlərini belə ifadə edirdi:
” Yer üzündə həyatın, anidən ortaya çıxacaq bir nüvə müharibəsi,genetik cəhətdən dəyişdirilmiş bir virus kimi fəlakətlər və gedərək artan başqa təhlükələrlə yox olma təhdidi ilə qarşı qarşıya qaldığına inanıram. İnsanoğlunun kosmosa getmədiyi müddətcə bir gələcəyi olduğunu hesab etmirəm. Buna görə də insanları kosmosa maraq göstərməyə təşviq etmək istəyirəm”.
Bu bölməyə aid digər xəbərlər
"İlin gənc müəllimi-2022" müsabiqəsinə qeydiyyat davam edir
2022-06-04 12:13:00
“Müəllim özünü sevdirməyi bacarmalıdır”-Komitə sədrinin MÜAVİNİ
2022-05-30 13:00:00
Nadir İsrafilov: ”Bu gün də təəssüf edirəm ki, cəmi 5 il müəllim işləmişəm”
2022-05-30 10:59:00
Müəllimlərə hava-su kimi vacib olan portal və resurslar- Mütəxəssis məsləhətləri
2022-03-28 09:56:00
“Heç bir dəyişikliyə ehtiyac yoxdur”- Sabiq nazir elmi dərəcələrin verilməsindən DANIŞDI
2022-02-03 12:35:00
Döyüşdə də müəllimlik edən qəhrəman - FOTOLAR
2021-10-16 14:23:00
"Firudin bəy Köçərli" mükafatı verilən şəhid təhsil işçisinin nakam qalan arzusu - Qardaşının dilindən
2021-10-05 14:24:00
Ruscaya imperiya kimi yox,Tolstoyun, Dostoyevskinin dili olaraq yanaşaq-Sədr müavini
2021-09-24 14:55:00
Müəllimlərin oxuması vacib olan 13 kitab - SİYAHI
2021-09-13 17:48:00
Azərbaycanlı alim vəfat edib - FOTO
2021-09-05 16:43:00
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
2022-06-21 10:00:00
Məktəblərdə bu qədər fənn çıxarılmalı, saatlar xeyli azaldılmalıdır - Faydalı təklif

2022-06-20 10:08:00
“Müəllimlər robot deyillər, nazirliyin onlara münasibətini başa düşmürəm”-Sona Əliyeva

2022-06-22 08:28:00
Pedaqoji fəaliyyətlə məşğul olma qaydasında dəyişiklik edilib

2022-06-23 09:28:00
Bu şəxslər imtahansız dövlət qulluğunun müsahibəsinə buraxıla bilər

2022-06-20 12:10:00
Uşaq bağçalarına qeydiyyat başlayır-BU TARİXDƏ

2022-06-23 13:34:00
“Müəllimlər maaşın ümidinə qalsalar, çətinliklə yaşayarlar” –Repetitorluq problemi

2022-06-23 11:00:00
Nazirlik orta məktəblərdə direktor təyinatlarına başladı -Qaydalar dəyişdi

2022-06-22 09:00:00
Sertifikasiya yalnız bu halda müəllimlərin işinə son qoyacaq - Nadir İsrafilov

FACEBOOK