![](https://azedu.az/uploads/news/2024/05/azedu.az_direktor-umumi_699.jpg)
2024-05-24 12:06:00
4 məktəb direktoru və müavinlərinə şiddətli töhmət verilib
Paytaxtın 39, 182, 153 və 151 saylı tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları, direktor müavinlərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, 39 nömrəli tam orta məktəbdə bəzi dərnəklərin tədris olunmadığı, kiçik xidmətedici işçilərin işə davamiyyətinin zəif olduğu, təsərrüfat işləri üzrə direktor müavininin oğlunun tabeliyində gözətçi vəzifəsində çalışdığı müəyyən edilib. Eyni zamanda sənədləşmə işlərində və dərsə davamiyyətdə nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
182 nömrəli tam orta məktəbdə aparılan yoxlama zamanı dərnəklərin düzgün tərtib olunmadığı, məktəbdə repetitor fəaliyyətinin həyata keçirildiyi müəyyən edilib. Bununla yanaşı, sənədləşmə işlərində nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
153 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərslərin tədris olunmasında nöqsanlar olduğu, məktəbə dalandar təyin edilmiş işçinin,ümumiyyətlə, iş yerində heç vaxt olmadığı, kiçik xidmətedici işçilərin öz vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilib. Eyni zamanda məktəbin şagirdinin ölkə xaricində olmasına baxmayaraq qiymətləndirmə aparıldığı, bəzi şagirdlərin həftənin müəyyən günlərində dərslərdə iştirak etmədikləri halda, fənn müəllimləri tərəfindən formal olaraq qiymətləndirildikləri aşkar edilib, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
151 nömrəli tam orta məktəbdə dərnək və dərsdənkənar məşğələlərin tədris olunmadığı, uzun müddət dərsdə olmayan muəllimlərin əvəzinə jurnalda qeydlər aparıldığı, həmçinin tədris olunmalı olan dərslərin, dərsdənkənar məşğələlərin tədris olunmadığı, şagird davamiyyətinin zəif olduğu aşkarlanıb. Təhsil müəssisəsinin təlim-tərbiyə işləri üzrə direktor müavininə, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində yoxlamalar davam etdirilir.
Bu bölməyə aid digər xəbərlər
Abşeron-Xızı RTİ üzrə 20 məzun təltif EDİLİB
2024-07-26 09:38:40
Bu bölgə üzrə 6 məzun qızıl nişana layiq GÖRÜLÜB
2024-07-26 08:52:10
295 gənc dünyanın ən nüfuzlu universitetlərində təhsil ALACAQ
2024-07-25 15:14:00
Qazax-Tovuz RTİ üzrə gümüş nişanlı MƏZUN
2024-07-25 14:53:40
“İlin gənc müəllimi”: Jurnalist olmaq arzum var idi...
2024-07-22 14:23:00
Şagirdimiz Amerikada qızıl medal qazanıb
2024-07-20 15:14:10
Masallıda 94 məzun fərqlənmə attestatı alıb
2024-07-20 12:42:21
Bağçalara qeydiyyat: 5 yaşından aşağı uşaqlar deyil...
2024-07-18 16:34:44
Naxçıvanda fərqlənmə attestatı ilə bitirən məzunların sayı artıb
2024-07-18 12:40:35
kitabı
ÇOX OXUNANLAR
19 İyul 2024, 11:39
Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
22 İyul 2024, 14:05
MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
18 İyul 2024, 14:33
MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
19 İyul 2024, 12:49
"Abituriyent" jurnalının 3-cü nömrəsi nəşr edilib
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
19 İyul 2024, 19:55
700 balı o TOPLADI
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
19 İyul 2024, 22:02
Vunderkind: 700 bal toplayacağıma inanırdım
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
20 İyul 2024, 12:42
Masallıda 94 məzun fərqlənmə attestatı alıb
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
19 İyul 2024, 11:34
Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)
FACEBOOK