Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-20 12:55:37
UNEC-də COP29-dan danışılıb

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudov UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “Regional iqlim dəyişmələri: qarşıda duran əsas vəzifələr” mövzusunda keçirilən dəyirmi masada çıxış edib.

 

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib.

 

Alim şıxışında COP29, onun yaranma tarixi, Azərbaycan üçün əhəmiyyəti haqqında ətraflı məlumat məlumat verib. O, həmçinin iqlim dəyişmələri və hidrometeorologiyanın müasir aktual problemlərindən, xüsusən də iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsindən və Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirindən söhbət açıb.