Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-18 09:07:00
Naxçıvanda 5 şagird imtahandan maksimum bal TOPLAYIB

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

 

AzEdu.az xəbər verir ki, imtahanda ölkə üzrə 16 şagird maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib ki, onlardan 5-i Naxçıvan Muxtar Respublikasının ümumitəhsil müəssisələrinin şagirdləridir.

 

Belə ki, buraxılış imtahanlarında Heydər Əliyev adına tam orta məktəbin şagirdi Uğur Cəfərov, Şərur şəhər Fizika -Riyaziyyat Təmayüllü Liseyin şagirdi Sənan Adıyev, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Ərsadiq Cabbarlı, Naxçıvan şəhər 5 saylı tam orta məktəbin şagirdi Alsu Abdullayeva və Naxçıvan Şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Gülay Aslanova buraxılış imtahanında maksimal olan 300 bal toplamaqla muxtar respublika üzrə son üç ilin ən yüksək nəticəsini göstəriblər.