Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-17 16:54:39
BMU-da görüş: Plagiata qarşı mübarizə aparılır

Bakı Mühəndislik Universitetində (BMU) “Plagiat.pl” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov ölkəmizdə plagiatla mübarizə istiqamətində həyata keçirilən mühüm tədbirləri qeyd edib. Eyni zamanda təhsil müəssisələrində elmi işlərin, dərs vəsaitlərinin, monoqrafiyaların plagiat baxımından yoxlanılmasının və plagiat halları ilə mübarizənin daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Plagiat halları ilə mübarizənin əsas məqsədlərinə toxunan prorektor dərs vəsaitlərində, elmi məqalələrin yazılmasında peşəkarlığın artırılmasına nail olunması, müəllim və tələbələr arasında birgə işin aparılmasının gücləndirilməsi kimi məsələləri fikirlərinə əlavə edib.

 

Ağası Məlikov “Plagiat.pl” şirkəti ilə nəzərdə tutulan əməkdaşlıq çərçivəsində proqram vasitəsilə buraxılış işlərinin, magistr və doktorluq dissertasiyalarının, tədris vəsaitlərinin, məqalələrin və monoqrafiyaların oxşarlığının yoxlanılmasının mümkün olduğunu söyləyib.

 

Sonra çıxış edən “Plagiat.pl” şirkətinin icraçı direktoru Əli Təhməzov bildirib ki, Polşada 2002-ci ildə fəaliyyətə başlayan şirkət müəllif hüquqları pozuntuları və intellektual mülkiyyətdən icazəsiz istifadə olunmasına qarşı mübarizə aparır və müxtəlif ölkələrdə sifarişçiləri proqramlarla təmin edir. Ə.Təhməzov tədqiqat işlərini plagiatlıqdan qorumağa xidmət edən Ümumdünya Antiplagiatlıq Şəbəkəsi (strikeplagiarism.com)  haqqında da ətraflı məlumat verib. Hər hansı köçürülmənin sistemdən yayınmasının qarşısını almaq üçün görülən işlərdən danışan şirkət rəsmisi bütün növ tədqiqatıarın plagiat olub-olmamasının yoxlanılması və qiymətləndirilməsi prosedurları, akademik dürüstlük kodeksi kimi məsələləri nəzərə çatdırıb.

 

Tədbirdə, eyni zamanda antiplagıat proqramının tətbiqi qaydalarından, işləmə mexanizmindən də ətraflı danışılıb, aparılan müzakirələr zamanı verilən suallara aydınlıq gətirilib.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK