Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-16 15:19:00
Müsabiqə qalibi: “Atam uğurlarımı cismən olmasa da, ruhən görür”

Mayın 15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

 

“Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindən biri də şəhid Polkovnik leytenant Vidadi Xəlilovun qızı Zəhra Xəlilovadır.

 

O, müsabiqədə 3-cü yerin qalibi olub.

 

İlyas Əfəndiyev adına Elitar gimnaziyanın 9-cu sinif şagirdi olan Zəhra Xəlilova AzEdu.az-a açıqlamasında bu müsabiqəyə onu tarix müəlliminin yönləndirdiyini deyib:

 

“İlk vaxtdan direktor, tarix müəllimim və sinif rəhbərimiz mənə dəstək oldular. Məni motivasiya etdilər. Əslində düşünürdüm ki, müsabiqə mənim üçün çətin olacaq. Amma bu yolda addımlamaq qərarına gədim. Gecə 4-5-ə qədər kompüter qarşısında olurdum.

 

Əlbəttə ki, özümə güvənirdim. Hesab edirəm ki, inanmaq bacarmağın yarısıdır. Səhv etsəm təcrübə, doğru etsəm uğur qazanacam. Ruhdan düşdükdə isə anama verdiyim sözü xatırlayırdım. Mən anama söz vermişdim ki, respublika üzrə yer tutub, qızıl medala namizəd olacam. Bu gün bu sözü tutduğuma görə özümlə fəxr edirəm. Bu yolda mənə ailəm, dostlarım dəstək olub ruhdan düşməyimə icazə vermədilər”.

 

Z.Xəlilova vurğulayıb ki, atasının ən böyük arzusu onu savadlı, peşəkar, öz peşəsini dərindən bilən, vətənə xidmət edən bir vətəndaş kimi görmək idi:

Açıklama yok.

“Atam mənə hər zaman sənə güvənirəm deyirdi. Hər qərarımda, səhvimdə və düzümdə yanımda olacağını qeyd edirdi. Daim mənim xəyallarımla bağlı fikir mübadiləsi aparırdı. Mən hər zaman atamla qurduğum xəyallarımı xatırlayıram. Atam uğurlarımda cismən yanımda olmasa da, ruhən mənimlədir”.