Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-16 11:52:00
Kolleclərin fəaliyyətinə son verilməlidir – Mühüm AÇIQLAMA

Bu il ali məktəbə qəbul olmaq istəyən abituriyentlərin sayı 85 mindən çoxdur.

 

Belə olan halda bəziləri düşünürlər ki, yüksək bal toplayan abituriyentlərin sayının çox olması subbakalavrların ali təhsil alma şansının azalmasına səbəb ola bilər.

 

Maraqlıdır, subbakalavrlar üçün ali təhsil müəssisələrində xüsusi plan yerlərinin ayrılmasına ehtiyac varmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə xaricdə orta ixtisas təhsil müəssisələri ayrıca statusda deyil:

 

Açıklama yok.

“Biz ali təhsilin strukturunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məsələsində gecikirik. Xaricdə ali təhsilin 4 səviyyəsi var: Bakalavr, subbakalavr, magistratura və doktorantura. Xaricdə orta ixtisas təhsil müəssisələri ayrıca statusda deyil, yəni ali təhsilin 1-ci səviyyəsindədir. Düşünürəm ki, ölkədə orta ixtisas təhsil müəssisələrinin artıq fəaliyyətinə son vermək və onları ali təhsil müəssisələrinə birləşdirmək lazımdır.

Kollecləri ali təhsil müəssisələrinin tabeliyinə bir struktur kimi vermək yox, ali təhsilin ilk səviyyəsinə çevirmək lazımdır. Ona görə də əgər belə olarsa, istənilən halda universitetin 1-ci və 2-ci kurslarını bitirən şəxslər subbakalavr diplomu ilə təmin oluna bilər. Bundan sonra kim bakalavirat səviyyəsi üzrə təhsil almaq istəsə, bu zaman 3-cü və 4-cü kursları oxumağa davam edə bilər. Nəticə etibarı ilə əlavə struktur bölmə kimi kollecləri saxlamış olmarıq.

 

Həmsöhbətimiz kollecləri ali məktəblərə birləşdirməyin lazım olduğunu vurğulayıb:

 

“Qeyd etdiyim kimi, qabaqcıl beynəlxalq təcrübədə də kolleclər bizim indiki peşə məktəb və liseylərinin statusundadır. 

 

Ölkədə 51 kollecdə təqribən 55 min tələbə təhsil alır və kollecləri ali məktəblərə birləşdirmək lazımdır. Belə olan halda problem də olmaz”.

 

Ekspert qeyd edib ki, indiki halda bu il 66 min bakalavirat təhsil üzrə tələbə yeri müəyyən olunub:

 

“Həmin 89 min abituriyent 66 min yerə iddialıdır. Təbii ki, ali məktəbə qəbul olanların sayında ciddi artım olacaq, ballar aşağı düşəcək. Çünki yer sayı çoxdur. Nəticə etibarı ilə kolleclərə sənəd verənlərin sayı azalacaq”.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK