Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-15 17:33:46
Dövlət İmtahan Mərkəzində təlim keçirilib

Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorunun əməkdaşları tərəfindən 15 may 2024-cü il tarixində Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına cəlb ediləcək zal nəzarətçiləri üçün onlayn təlim keçirilib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Mərkəzdən bildirilib ki, təlimdə qabiliyyət imtahanlarının xüsusiyətləri haqqında geniş məlumat verilib, imtahanların təşkili və idarə edilməsi ilə bağlı praktiki işlər haqqında izahat aparılıb, imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirilib. Həmçinin xüsusi tapşırıqlar əsasında imtahanda baş verə biləcək hallarla bağlı fikir mübadiləsi aparılıb, 2024/2025-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarında nəzərdə tutulan yeniliklər barədə nəzarətçilərə ətraflı məlumat verilib.

 

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.