Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-15 10:40:26
Hazır isti yeməklə təmin olunan bağçaların SAYI

“Pilot layihə olaraq Bərdə, Mingəçevir, Gəncə və Bakı şəhərinin 4 rayonu (Nərimanov, Səbail, Nizami, Binəqədi) üzrə 195 məktəbəqədər təhsil müəssisəsi qablaşdırılmış hazır isti qida ilə təmin olunur”.
 

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
 
Qeyd olunub ki, uşaqların qidalanması Nazirlər Kabinetinin qərarına əsasən tənzimlənir.
 
Cavabda məktəbəqədər təhsil müəssisələrinin əhatə dairəsinin genişləndirilməsinin də əsas hədəflərdən olduğu bildirilib. 
 
"Məqsəd daha çox uşağın belə müəssisələrə cəlb edilməsidir. Bununla bağlı ölkə ərazisində alternativ bağça modeli tətbiq edilir". 
 
Həmçinin qeyd olunub ki, bağçalara qəbul www.bq.edu.az saytı üzərindən həyata keçirilir. Valideynlər il boyu aktiv olan bu platformaya daxil olmaqla müəssisələrdə növbəyə yazıla bilirlər. Elektron qeydiyyat sistemi yalnız komplektasiya dövründə deaktiv olur. (“Azərbaycan müəllimi”)

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK