Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-14 15:16:16
Qəbul imtahanları YAXINLAŞIR: Abituriyentlər bu məqamlara diqqət etsinlər

Xəbər verdiyimiz kimi, 26 may Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə blok imtahanı keçiriləcək.

 

Bəs, abituriyentlər imtahanda nələrə diqqət etməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Cahid İmanlı qeyd edib ki, imtahana 3-4 gün qalmış oxumağın tempini azaltmalı, zəif bildiyi hissələri nəzərdən keçirməli, açıq havada çox gəzməli, bacardıqca sosial şəbəkələrdən uzaq olmalıdırlar:

 Açıklama yok.

“Mütləqdir ki, imtahana buraxılış vərəqini vaxtında çıxarsınlar, həmçinin  imtahana gedərkən şəxsiyyət vəsiqəsinin özlərində olduğuna əmin olmalıdırlar. İmtahanda hansı məktəbə düşdüyü haqqında qısa araşdırma aparmalıdır, məktəbin ünvanı və gediləcək marşurut haqqında məlumat toplanmalıdır. İmtahan binasına buraxılış vərəqində göstərilən vaxtdan da yarım saat tez gəlmələri tövsiyə olunur. İmtahana vaxtında çatmaq üçün yolda baş verə biləcək xoşagəlməz maneələri, tıxacı və.s nəzərə almalıdırlar. Adətən imtahan qabağı abituriyentləri həyacanlandıran ən böyük amillərdən biri budur”.

 

Ekspert qeyd edib ki, abituriyentlərin imtahana sadə qol saatı vurmaları tövsiyə olunur:

“Fənlərə ayrılan vaxtı idarə etmət əsas məsələlərdən biridir. Çünkü, ola bilər ki, zal nəzarətçiləri abituriyentlərin tez-tez saatı soruşmalarına kobud cavab versinlər, yaxud da saatın tez-tez soruşulması əlavə həyəcana səbəb ola bilər. Buna görə də abituriyent məhz özü vaxta nəzarət etməlidir.

İmtahan zamanı qətiyyən qaydalar pozulmamalıdır, xüsusən də  köçürməyə cəhd etmək və şərait yaratmaq olmaz. Bu hal aşkar olunarsa, abituriyentin həm əvvəlki nəticəsi, həm hazırda iştirak etdiyi nəticələr ləğv edilir, eləcə də növbəti cəhd imtahanına buraxılmırlar”.

 

C.İmanlının sözlərinə görə abituriyentlər suallara yaxşı bildiyi fəndən başlamalı,ilk növbədə sadə,cavabını bildiyi suaları yazmalı, çətin və vaxt aparan mürəkkəb sualları axıra saxlamalıdır:

 

“Sualları diqqətlə, sona qədər oxumalı, işarələdiyi variantları səliqə ilə yazmalı, tam əmin olaraq yazdığı sualın önünə “+” işarəsi qoymalı, əmin olmadığı suallara  sonradan baxması üçün qarşısına “?” işarəsi qoyub növbəti suala keçilməlidir. İmtahanın sonuna 20-50 qalmış kodlaşma etməlidir, kodlaşmada səhv etməmək, "sürüşdürməmək" üçün variantı karandaşla qeyd edib, sonradan düzlüyünə əmin olduqdan sonra qələmlə səliqəli şəkildə qaralamaq lazımdır.

 

DİM səhv kodlaşdırılan sualları apellyasiyada düzəltmədiyinə görə qapalı testləri səliqəli yazmalı, açıq testlərin cavabını da öz sual nömrəsi və nəzərdə tutulmuş yerdə oxunaqlı, aydın yazmalıdırlar. Açıq testlər və situasiya tapşırıqlarında səhv olduqda düz aparmadığı üçün tam bilməsələr belə boş buraxmamağı və nəsə yazmağı tövsiyə edirəm.

Ən əsası abituriyentlərdə çox həyəcan olmamalı, bunun üçün də dərman atmamalıdırlar. Valideynlər də övladlarına qayğı ilə yanaşmalı, imtahana girməmişdən qabaq imtahan nəticəsi ilə bağlı övladları qarşısında şərt qoymamalıdırlar.

Abituriyentlər bu imtahanları 1-ci cəhd kimi yadda saxlamalıdırlar. Nəzərə almalıdırlar ki, yaxşı yazmasalar növbəti şansları da var”.