Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-09 15:41:06
Azərbaycanda dilənçi, narkoman uşaqların STATİSTİKASI  

2023-cü ildə 5446 nəfər yetkinlik yaşına çatmayan şəxs Polis şöbələrinə gətirilib.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən əldə olunan məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin ötən illə bağlı hesabatında qeyd olunub.


Rəsmi məlumata görə, daxili işlər orqanlarına gətirilən uşaqların 767-sini qızlar, 4679-nu oğlanlar təşkil edib.
 

Polisə aparılan uşaq və yeniyetmələrdən 967-si təhsildən yayınanlar olub.

Rəsmi statistikada spirtli içki və başdumanlandırıcı maddələr, narkotik vasitələr və psixotrop dərmanlar qəbul edən uşaq və yeniyetmələr də az deyil. Ən pis hal, bu yollara düşən yetkinlik yaşına çatmayanların sayının artmasıdır.

Modern.az uşaqlarla bağlı qorxunc statistikanı təqdim edir: