Azedu.az

İnformasiya texnologiyaları üzrə terminologiya məsələləri araşdırılacaq

21 Mart 2018, 11:38
İnformasiya texnologiyaları üzrə terminologiya məsələləri araşdırılacaq

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda elektron terminoqrafiyanın müasir elmi-nəzəri problemləri, terminlərin mətndən avtomatik seçilməsi metodları araşdırılacaq.


AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə qurumun şöbə müdiri Səyyar Abdullayev məlumat verib.


Qeyd olunub ki, il ərzində informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcüməsi, təsnifi, sistemləşdirilməsi, onların etimoloji mənşəyi və yaranma tarixi ilə bağlı tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.

İranda etirazçılara SƏRT XƏBƏRDARLIQ - Hamını məhv edəcəyik!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox